Qırğız Respublikasının XİN başçısı koronavirusdan sağalıb

Qırğız Respublikasının XİN başçısı koronavirusdan sağalıb Nazir: "11 gün yorucu hərarətlə, bəzən də bütün immun sistemimin mübarizə apardığı bu görünməz düşmənlə gərgin mübarizəmiz oldu"
Region
14 İyul , 2020 11:11
Qırğız Respublikasının XİN başçısı koronavirusdan sağalıb

Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov bu gün “Facebook” sosial şəbəkəsindəki səhifəsində koronavirusa yoluxduğunu və artıq xəstəlikdən sağaldığını bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“On bir gün yorucu hərarətlə, bəzən də bütün immun sistemimin mübarizə apardığı bu görünməz düşmənlə gərgin mübarizəmiz oldu. Allahın izni ilə sağaldıq, indi vaxt yoxdur, çox iş var”, - nazir “Facebook”da yazıb.

Qeyd edək ki, bu günə qədər Qırğız Respublikasında COVID-19-a yoluxanların ümumi sayı 11 538 nəfərə çatıb, 149 nəfər virusdan ölüb.

Bununla belə 3 569 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi