Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün səhər (yerli vaxtla saat 05.02) Qırğızıstanın şimal bölgəsində zəlzələ baş verib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyinin Elm Komitəsinin seysmologiya ekspedisiyası məlumat verib.
Bildirilib ki, mərkəzi Almatı şəhərinin 132 kilometr cənub-qərbində yerləşən yeraltı təkan 4,1 maqnitudalı olub və hiss edilməyib.