Qırğız Respublikasında terror törətmək istəyən şəxs həbs olunub

Qırğız Respublikasında terror törətmək istəyən şəxs həbs olunub O, 2012-ci ildə Suriyada təlim düşərgələrindən birində terror-diversiya üzrə hazırlıq keçib
Region
5 Oktyabr , 2017 12:09
Qırğız Respublikasında terror törətmək istəyən şəxs həbs olunub
РИА Новости / Виталий Аньков

Bakı. 5 oktyabr. REPORT.AZ/ Suriyada təlimatlandırılaraq, terror törətmək üçün Qırğız Respublikasına göndərilən terrorçu həbs olunub.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, həmin şəxs 1994-cü ildə Qırğız Pespublikasının Cəlalabad vilayətində anadan olub. O, 2012-ci ildə Suriyada təlim düşərgələrindən birində terror-diversiya üzrə hazırlıq keçib. Saxlanılan şəxs Suriyada terrorçu qruplaşmalar tərəfindən döyüşüb.

Onun barəsində cinayət işi başlanılıb. 

Məlumata əsasən, ötən il Qırğız Respublikasının Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarının xaricdə terrorçu qruplaşmaların tərkibində döyüş əməliyyatlarında iştirak etmələri ilə bağlı 200 faktın üstünü açıblar. 

Son xəbərlər

Orphus sistemi