Qırğız Respublikasında koronavirusdan ölüm halları artıb

Qırğız Respublikasında koronavirusdan ölüm halları artıb Qırğız Respublikasında ötən sutkada 28 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
6 May , 2020 09:29
Qırğız Respublikasında koronavirusdan ölüm halları artıb

Qırğız Respublikasında ötən sutkada 28 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 871-ə yüksəlib.

Qırğız Respublikasında ölənlərin sayı 1 nəfər artaraq 10-a çatıb. 614 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, bu ölkədə ötən gün də koronavirusdan ölüm qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi