Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 900-ü ötdü

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 900-ü ötdü Qırğızıstanda ötən sutkada 11 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
8 May , 2020 09:16
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 900-ü ötdü

Qırğızıstanda ötən sutkada 11 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 906-ya yüksəlib.

Qırğız Respublikasında indiyədək 12 nəfər COVID-19-un qurbanı olub. 650 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi