Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 800-ü ötdü

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 800-ü ötdü Qırğız Respublikasında ötən sutkada 35 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
4 may 2020 05:38
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 800-ü ötdü

Qırğız Respublikasında ötən sutkada 35 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 830-a yüksəlib.

Qırğız Respublikasında indiyədək 10 nəfər COVID-19-un qurbanı olub. 575 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 566 000-i ötüb. Bunların 1 156 982nəfəri sağalıb, 248304nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi