Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 729-a çatdı

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 729-a çatdı Qırğız Respublikasında daha 21 nəfərdə koronavirus aşkarlanıb.
Region
29 Aprel , 2020 09:23
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 729-a çatdı

Qırğız Respublikasında daha 21 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 729-a yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 437 nəfər isə virusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 138 000-i ötüb. Bunların 956 064 nəfəri sağalıb, 218 010 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi