Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 700-ü keçdi

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 700-ü keçdi Qırğız Respublikasında daha 13 nəfərdə koronavirus aşkarlanıb.
Region
28 Aprel , 2020 09:17
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 700-ü keçdi

Qırğız Respublikasında daha 13 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 708-ə yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 416 nəfər isə virusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 922 828 nəfəri sağalıb, 211 620 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi