Qırğız Respublikasında son sutkada 16 həkim daxil olmaqla 42 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 419-a çatıb. Onlardan 79-u həkimdir.
Bundan başqa, indiyədək 5 nəfər infeksiyanın qurbanı olub.
Qeyd edək ki, ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 853 000-i ötüb. Bunların 423 721 nəfəri sağalıb, 114 254 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.