Ötən sutka Qırğız Respublikasında 6 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 117-yə yüksəlib.
Qırğız Respublikasında indiyədək 745 nəfər virusdan sağalsa da, 14 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,6 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 308 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.