Qırğız Respublikasında koronavirus daşıyıcılarının sayı azalır

Qırğız Respublikasında koronavirus daşıyıcılarının sayı azalır Qırğız Respublikasında daha 17 nəfərdə koronavirus aşkarlanıb.
Region
30 Aprel , 2020 09:29
Qırğız Respublikasında koronavirus daşıyıcılarının sayı azalır

Qırğız Respublikasında daha 17 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 746-ya yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 462 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda ölkədə 276 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 221 000-i ötüb. Bunların 1 001 933 nəfəri sağalıb, 228 251 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi