Qırğız Respublikasında son sutka ərzində 1 108 yeni növ koronavirusa yoluxma halı aşkar edilib.
“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin koronavirusa qarşı mübarizə qərargahından məlumat verilib.
Qeyd olunub ki, son gündə yoluxma sayında kəskin artım müşahidə olunub və ümumi COVID-19 xəstələrinin sayı 28 251 nəfərə çatıb.
Eyni zamanda son gündə ölkədə 42 nəfər virusun qurbanı olub. Bununla Qırğız Respublikasında COVID-19-un həyatına son qoyduğu insanların sayı 1 079-a çatıb.