Qırğız Respublikasında anomal soyuqlar nəticəsində 15 nəfər ölüb

Qırğız Respublikasında anomal soyuqlar nəticəsində 15 nəfər ölüb Bişkek küçələrində şaxtadan donmuş 85 nəfər sığınacağa yerləşdirilib
Region
26 yanvar 2018 08:30
Qırğız Respublikasında anomal soyuqlar nəticəsində 15 nəfər ölüb
РИА Новости / Александр Кряжев

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu il yanvarın əvvəlindən Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində anomal soyuqlar nəticəsində 15 nəfər ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bişkek Daxili İşlər İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 24-də Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində kəskin soyuqların olacağı barədə xəbərdarlıq edib. Sinoptiklərin məlumatına əsasən, yanvarın 26-da respublikanın dağlıq rayonlarında 45 dərəcə şaxta qeydə alınıb.

Asayiş keşikçiləri bildiriblər ki, Bişkek küçələrində şaxtadan donmuş 85 nəfər “Kolomto” sosial sığınacağına yerləşdirilib. 

Qazaxıstanda da anomal soyuqlar qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi