Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb

Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş
Region
7 Oktyabr , 2017 09:11
Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb
Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov / Foto: Султан Досалиев

Bakı. 7 oktyabr. REPORT.AZ/ Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, oktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.

Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib. 

Son xəbərlər

Orphus sistemi