Qəzaya uğramış "An-148" təyyarəsinin bir "qara qutusu" tapılıb

Qəzaya uğramış "An-148" təyyarəsinin bir "qara qutusu" tapılıb Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyada qəzaya uğramış An-148 sərnişin təyyarəsinin qara qutularından biri tapılıb.
Region
11 Fevral , 2018 19:33
Qəzaya uğramış An-148 təyyarəsinin bir qara qutusu tapılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyada qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi deyib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçub.

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 15:26-da birdən-birə yüksəkliyi itirib.

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi