Rusiyada vertolyot qəzaya uğrayıb, ölənlər var - FOTO - VİDEO

Rusiyada vertolyot qəzaya uğrayıb, ölənlər var - FOTO - VİDEO Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyada vertolyot qəzası baş verib.
Region
110
30 Dekabr , 2018 09:25
Rusiyada vertolyot qəzaya uğrayıb, ölənlər var - FOTO - VİDEO

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyada vertolyot qəzası baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Buryatiyada, Ulan-Ude şəhərində qeydə alınıb.

"Robinson" vertolyotu yerə düşərək, ağaca çırpılıb və yanıb. Qəza zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı hadisə nəticəsində həlak olub. 

Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb və ora təcili xidmətlərin əməkdaşları cəlb edilib.

Qəzanın başvermə səbəbləri məlum deyil. 

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiyada vertolyot qəzası nəticəsində 18 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi