Ermənistanda məhkəmə İrəvanda 16 yaşlı qızın qətlində şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Naira Arutunyan bildirib.
Qeyd olunub ki, qızın cəsədi 5 yanvar tarixində şəhərin mərkəzində yerləşən mənzillərin birində aşkar edilib. Bir gün sonra qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü şəxs saxlanılıb.
“Məhkəmə müstəntiqin 16 yaşlı qızın qətlində şübhəli bilinən 27 yaşlı gəncin həbs edilməsi barədə vəsatəti təmin edib”.
“Sputnik Ermənistan” xəbər verir ki, təqsirləndirilən şəxs Gümrü şəhər sakini, ötən ilin sentyabr ayından Ermənistan