“Qazprom”un Ermənistana qaz tədarükü məsələsi müzakirə olunub

“Qazprom”un Ermənistana qaz tədarükü məsələsi müzakirə olunub Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” dövlət şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan Sankt-Peterburqdakı işgüzar görüş zamanı Rusiya təbii qazının Ermənistana ixracı məsələsini müzakirə ediblər.
Region
28 Dekabr , 2018 18:54
“Qazprom”un Ermənistana qaz tədarükü məsələsi müzakirə olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiyanın “Qazprom” dövlət şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan Sankt-Peterburqdakı işgüzar görüş zamanı Rusiya təbii qazının Ermənistana ixracı məsələsini müzakirə ediblər.

“Report” bu barədə “Qazprom”un Mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüş zamanı ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, o cümlədən Ermənistana 2019-cu ildə təbii qaz tədarükündən söhbət açılıb”, - deyə məlumatda qeyd olunub. Tərəflər həmçinin Ermənistanın qazlaşdırılması, yeraltı qaz saxlancları barədə də fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkəsinə qaz tədarükü məsələsində Rusiya Prezidenti Vladimir Putinlə razılığa gələ bilmədiklərini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi