Qazaxıstanla ABŞ arasında birbaşa uçuş üçün hüquqi baza yaradılıb

Qazaxıstanla ABŞ arasında birbaşa uçuş üçün hüquqi baza yaradılıb Qazaxıstan hökuməti ilə ABŞ hökuməti arasında hava nəqliyyatı haqqında razılıq əldə olunub.
Region
13 Yanvar , 2022 11:24
Qazaxıstanla ABŞ arasında birbaşa uçuş üçün hüquqi baza yaradılıb

Qazaxıstan hökuməti ilə ABŞ hökuməti arasında hava nəqliyyatı haqqında razılıq əldə olunub.

“Report” xəbər verir ki, bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, sənədi Qazaxıstan parlamentinin senatı qəbul edib.

Ölkənin sənaye və infrastruktur inkişaf naziri Kairbek Uskenbayev bildirib ki, razılıq haqqında sənəd 2019-cu ilin dekabrın 30-da hökumətlər arasında imzalanıb.

Qeyd edək ki, bu sənədlə iki ölkə arasında birbaşa hava reysinin açılması, o cümlədən maliyyə mərkəzlərinin fəaliyyəti üçün hüquqi baza yaradılıb.

Son xəbərlər

Orphus sistemi