Qazaxıstanın keçmiş iqtisadiyyat naziri böyük məbləğdə vəsaiti qəsb etməkdə şübhəli bilinir

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri böyük məbləğdə vəsaiti qəsb etməkdə şübhəli bilinir Kuandık Bişimbayev şüşə zavodunun tikintisi zamanı 3 milyon ABŞ dolları məbləğində vəsaiti qəsb etməklə bağlı sxem təşkil edib
Region
13 Fevral , 2017 11:36
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri böyük məbləğdə vəsaiti qəsb etməkdə şübhəli bilinir

Bakı. 13 fevral. REPORT.AZ/ Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayev Qızılordada şüşə istehsalı üzrə zavodun tikintisi zamanı 3 milyon ABŞ dolları məbləğində vəsaiti qəsb etməkdə şübhəli bilinir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın Korrupsiyaya qarşı mübarizə üzrə Milli Bürosunda K.Bişimbayevin "Bayterek" şirkətinin rəhbəri olan zaman vəsaitlərin əl keçirilməsi üzrə sxem təşkil etdiyi bildirilib.

Qeyd edək ki, sabiq iqtisadiyyat naziri bu ilin yanvar ayında külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Son xəbərlər

Orphus sistemi