Qazaxıstanın Bakıdakı səfirliyi koronavirusun yayılması təhlükəsi səbəbi ilə Azərbaycanda olan vətəndaşları üçün qaynar xətt açıb.
Bu barədə “Report” diplomatik nümayəndəliyin məlumatına istinadən xəbər verir.
“Koronavirusun yayılma təhlükəsi səbəbi ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycanda olan Qazaxıstan vətəndaşları üçün günboyu işləyən xüsusi telefon xətti açılıb: +7 771 725 55 55”, - məlumatda bildirilir.
Qeyd olunur ki, ölkənin
“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində də qaynar xətt fəaliyyət göstərir. Qazaxıstan vətəndaşları iş vaxtı +7 (7172) 72-05-73, +7 (7172) 72-01-98, +7 (7172) 72-04-93, qeyri-iş saatlarında və istirahət günlərində isə +7 (7172) 72-01-11 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər”, - səfirlikdən qeyd ediblər.