Qazaxıstanın Almatı vilayətində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Regional Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hadisə Alamatı – Ust-Kamenqorsk avtomobil yolunda baş verib. İlkin məlumata görə, “Nissan Qashai”nin sürücüsü idarəetməni itirdiyindən qarşı tərəfdən gələn “Volvo” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Nissan Qashai”nin sürücüsü və 4 sərnişin, “Volvo”nun sürücüsü və bir sərnişini ölüb.
Faktla bağlı araşdırma aparılır.