Qazaxıstanda yanan avtobusun sürücüləri həbs olunub

Qazaxıstanda yanan avtobusun sürücüləri həbs olunub Hadisə nəticəsində 52 nəfər ölüb, 5 nəfər isə yüngül yanıq xəsarəti alıb
Region
26 yanvar 2018 13:58
Qazaxıstanda yanan avtobusun sürücüləri həbs olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Qazaxıstan məhkəməsi Aktübin vilayətində yanan avtobusun sürücülərini həbs edib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, sürücülər barəsində iki ay həbs qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl Aktübin vilayəti prokurorluğu avtobusun 3 sürücüsünün tutulduğunu bildirmişdi.

Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Qazaxıstanın Aktübin vilayətində Samara-Şımkənd yolunda içərisində iki sürücü də daxil olmaqla 57 nəfərin olduğu avtobus yanıb. Hadisə nəticəsində 52 nəfər ölüb, 5 nəfər isə yüngül yanıq xəsarəti alıb.

Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyi bəyanat yayaraq 1989-cu ilin istehsalı olan və 59 nəfərlik "Kassbohrer Setra X 335 PCM" avtobusunun Orduxan Sabir oğlu Mehdiyevə məxsus olduğunu bildirib. Məlumata görə, avtobus müntəzəm marşrutlar arasında yoxdur, həmçinin qeyri-müntəzəm sərnişin nəqliyyatı üçün də lisenziya almayıb.

Son xəbərlər

Orphus sistemi