Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var

Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi günündə Astanada etiraz aksiyaları keçirilib.
Region
26 Noyabr , 2022 23:15
Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var

Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiyası mərasimi günündə Astanada qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var.

"Report" Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb.

Qeyd olunur ki, bu zaman ictimai asayiş kobud şəkildə pozulub, nəqliyyat və sosial infrastrukturun fəaliyyətinə maneələr yaradılıb.

Yürüş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Polis hadisəni törədənləri saxlayıb.

Xatırladaq ki, bu gün Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31 %-ni səs toplayıb.

Son xəbərlər

Orphus sistemi