Qazaxıstanda şaxtaya metan qazı sızıb, 3 nəfər xəstəxanaya yerləşdirilib

Qazaxıstanda şaxtaya metan qazı sızıb, 3 nəfər xəstəxanaya yerləşdirilib Hadisə zamanı şaxtada 136 nəfər olub
Region
1245
31 Avqust , 2017 11:55
Qazaxıstanda şaxtaya metan qazı sızıb, 3 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Qazaxıstanın Karaqanda vilayətindəki şaxtaya metan qazı sızıb.

"Report" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəstəxanalıq olub, 1 nəfər isə ambulator müalicəyə göndərilib.

Hadisə "Arselor Mittal Temirtau" şirkətinə məxsus şaxtada baş verib. Olay zamanı şaxtada 136 nəfər olub.

Xəstəxanaya yerləşdirilən üç şaxtaçının vəziyyəti sabit, orta ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi