Qazaxıstanın Kostanay şəhərində qaz-hava qarışığının partlaması nəticəsində Amangeldı yaşayış massivində birmərtəbəli bina dağılıb, 7 nəfər dağıntılar altında qalıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Hazırda xilasedicilər hadisə yerində işləyir. Ərazidə operativ qərargah yerləşdirilib”, - məlumatda bildirilib.
Bildirilib ki, dağıntılar altından iki nəfər çıxarılıb.