Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib

Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev ölkənin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandırılması barədə fərman imzalayıb.
Region
23 Mart , 2019 11:47
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev ölkənin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandırılması barədə fərman imzalayıb.

“Report” Qazaxıstan Prezident Administrasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan əvvəl dövlət başçısı konstitusiya dəyişikliyi barədə qanunu təsdiqləmişdi.

Xatırladaq ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciəti zamanı istefa verib. Qasım Comərt Tokayev isə martın 20-də paytaxtın adını Nazarbayevin şərəfinə dəyişdirməyi təklif edib və təklif parlamentdə iki oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi