​Qazaxıstanda partlayış: ordu zabiti ölüb

​Qazaxıstanda partlayış: ordu zabiti ölüb Hadisə yerindən yazılı qeyd tapıldığı bildirilib
Region
10 Fevral , 2015 13:58
​Qazaxıstanda partlayış: ordu zabiti ölüb

Bakı. 10 fevral. REPORT.AZ/ Qazaxıstan Müdafiə Nazirliyinin binası yaxınlığında "Chevrolet" avtomobili partlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, hadisə nəticəsində hərbi hissələrdən birinin podpolkoviniki (polkovnik-leytenantı), 1975-ci ildə anadan olmuş Sızdıkov Arman Kaydarovişç ölüb.

Partlayışın səbəblərini araşdırmaq üçün əməliyyat qrupu yaradılıb. Hadisə yerindən yazılı qeyd tapıldığı bildirilib. Terror aksiyası istisna edilir.

Məlumatda bildirilib ki, hadisə ilə bağlı əlavə informasiya veriləcək. 

Son xəbərlər

Orphus sistemi