Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən qadağan edilib

Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən qadağan edilib Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən altı ay müddətinə qadağan edilib.
Region
5 İyul , 2022 10:54
Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən qadağan edilib

Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən altı ay müddətinə qadağan edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika, Daxili İşlər, Maliyyə nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi birgə sənəd imzalayıb.

Sənədə əsasən, Qazaxıstan ərazisində sürtkü yağları istisna olmaqla benzin, dizel yanacağı və digər neft məhsullarının avtomobil nəqliyyatı vasitəsi ilə daşınması altı ay müddətinə qadağan olunub.

Qeyd olunub ki, sənəd iyulun 12-də qüvvəyə minəcək.

Məlumata görə, analoji qadağa bundan əvvəl də ötən ilin noyabrından etibarən qüvvədə olub.

Energetika Nazirliyi qadağanın səbəbinə aydınlıq gətirərək bildirib ki, Rusiya, Özbəkistan və Qırğızıstanda benzin və dizel yanacağının pərakəndə satış qiyməti Qazaxıstandakından bahadır. Qeyd olunub ki, bu, Qazaxıstandan həmin ölkələrin sərhədyanı bölgələrinə yanacağın daşınmasına səbəb olur.

Son xəbərlər

Orphus sistemi