Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 000-i ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 000-i ötdü Qazaxıstanda koronavirusa yoluxma faktlarının sayı 3 019-a çatıb.
Region
140
28 Aprel , 2020 16:09
Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 000-i ötdü
0 : 00
0 : 00

Qazaxıstanda koronavirusa yoluxma faktlarının sayı 3 019-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində indiyədək 754 nəfər COVID-19-dan sağalsa da, 25 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 082 000-i ötüb. Bunların 935 040 nəfəri sağalıb, 212 493 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi