Qazaxıstanda koronavirus daşıyıcılarının sayı 3 mini ötdü

Qazaxıstanda koronavirus daşıyıcılarının sayı 3 mini ötdü Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 mini keçib.
Region
29 Aprel , 2020 10:56
Qazaxıstanda koronavirus daşıyıcılarının sayı 3 mini ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 mini keçib.

“Report” xəbər verir ki, məlumatı ölkəninFövqəladə Vəziyyət rejiminin təmini üzrə dövlət komissiyasının Operativ Qərargahı yayıb.

Bildirilib ki, son sutkada ölkə üzrə iki yeni yoluxma hadisəsi qeydə alınıb. Onlardan biri Belarus vətəndaşıdır. O, yük maşını sürücüsüdür. Polşa-Qazaxıstan marşrutu üzrə yük daşıyır. Qazaxıstanın Kostanay şəhərində virusa yoluxub. İkinici pasiyent isə 1978-ci ildə anadan olan Kostanay vilayət sakinidir.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan 25 nəfər ölüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 27-də pandemiya ilə bağlı fövqəladə vəziyyət rejiminin mayın 1-dək uzadıldığını elan edib.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında ÇininUhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 959 212 nəfəri sağalıb, 218 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi