Qazaxıstanda iyulun 6-da keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.
"İyulun 6-da ölkədə - Nur-Sultan və Almatı şəhərlərində keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb: 44 nəfər inzibati məsuliyyətə cəlb olunub, 19 nəfər inzibati həbs cəzasına məhkum edilib, 23 nəfərə inzibati cərimə tətbiq olunub, qalanları ilə profilaktik söhbət aparıldıqdan sonra evə buraxılıblar", - Y.Turqumbayev deyib.
Xatırladaq ki, iyulun 6-da etiraz aksiyasına qoşulmaq üçün küçələrə çıxmaq çağırışını Qazaxıstan ekstremist hərəkat hesab edilən "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələr vasitəsilə edib. Qazaxıstan