Qazaxıstanda edam cəzası ləğv edilib

Qazaxıstanda edam cəzası ləğv edilib Qazaxıstan prezidenti Qasımcomərt Tokayev edam cəzasının ləğvilə bağlı müvafiq hüquqi sənədlərə düzəlişlərə dair Qanuna imza atıb.
Region
29 dekabr 2021 15:06
Qazaxıstanda edam cəzası ləğv edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev edam cəzasının ləğvi ilə bağlı müvafiq hüquqi sənədlərə düzəlişlərə dair qanuna imza atıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bundan belə müstəsna cəza tədbiri olaraq edam cəzası ölkə qanunlarından tamamilə xaric edilir.

Bu ilin 2 yanvar tarixində Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının edam cəzasını ləğv edən ikinci fakultativ protokoluna qoşulan Qazaxıstan müharibə vaxtı ağır hərbi cinayətlərə görə həmin cəzanın tətbiqi ilə bağlı qeyd-şərt qoymuşdu. Noyabrın 16-da Milli İctimai Etimad Şurasının 6-cı iclasında nitq söyləyən prezident ölkədə insan hüquqlarının mühafizəsi ilə bağlı həyata keçirilən islahatlardan danışaraq deyib: “Ölüm cəzası heç bir halda və heç kimə şamil olunmaması üçün birdəfəlik ləğv olunmalıdır”.

Son xəbərlər

Orphus sistemi