Qazaxıstanda daşqınlar səbəbindən 10 mindən çox insan təxliyə edilib

Qazaxıstanda daşqınlar səbəbindən 10 mindən çox insan təxliyə edilib Qazaxıstanda daşqınlar səbəbindən yeddi rayonda yaşayış məntəqələrindən 10 mindən çox insan təxliyə edilib.
Region
30 Mart , 2024 21:30
Qazaxıstanda daşqınlar səbəbindən 10 mindən çox insan təxliyə edilib

Qazaxıstanda daşqınlar səbəbindən yeddi rayonda yaşayış məntəqələrindən 10 mindən çox insan təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xilasetmə əməliyyatlarında altı mindən çox insan, iki minə yaxın texnika və 12 təyyarə iştirak edir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Abay, Ulıtau və Akmola vilayətlərinin bir sıra ərazilərində irimiqyaslı daşqınlar səbəbindən yerli fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi