Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var Qazaxıstanın Taldıkorqan şəhərində aviabazada döyüş təyyarəsi uçuşa hazırlanan zaman qəza baş verib.
Region
15 avqust 2023 11:47
Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Qazaxıstanın Taldıkorqan şəhərində aviabazada döyüş təyyarəsi uçuşa hazırlanan zaman qəza baş verib.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Taldıkorqan aviabazasında döyüş təyyarəsi uçuşa hazırlaşarkən döyüş sursatı yerə düşüb. Nəticədə 2 hərbçi yaralanıb, onlardan biri aldığı xəsarətlərdən ölüb, digərinə isə lazımi tibbi yardım göstərilir", - məlumatda qeyd edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi