Qazaxıstanda amnistiya elan edilir

Qazaxıstanda amnistiya elan edilir Qazaxıstan parlamentinin aşağı palatası çərşənbə günü “Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar amnistiya haqqında” qanun layihəsini təsdiqləyib.
Region
3 noyabr 2021 06:47
Qazaxıstanda amnistiya elan edilir

Qazaxıstan parlamentinin aşağı palatası olan Milli Məclis “Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar amnistiya haqqında” qanun layihəsini qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Yerlan Turqumbayev kiçik və orta ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin cəzalarının çəkməmiş hissəsindən azad ediləcəyini, habelə bəzi ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağını bildirib.

Nazir deyib ki, amnistiya veteranlara, yetkinlik yaşına çatmayanlara, qocalara şamil ediləcək: "Onlar təhlükəsizliyə ciddi təhlükə yaratmayan şəxslərdir".

O qeyd edib ki, ilkin hesablamalara görə, amnistiya 2236 məhkumu əhatə edəcək.

Qanun layihəsi baxılmaq üçün Senata (parlamentin yuxarı palatası) göndəriləcək.

Son xəbərlər

Orphus sistemi