Qazaxıstana yeni müdafiə naziri təyin edilib

Qazaxıstana yeni müdafiə naziri təyin edilib General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub
Region
19 Yanvar , 2022 13:09
Qazaxıstana yeni müdafiə naziri təyin edilib
Ruslan Jaksılıkov

General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub.

“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyasından “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.

Son xəbərlər

Orphus sistemi