​Qazaxıstan Xəzərin şimalının bölüşdürülməsi haqqında protokolda dəyişiklik edib

​Qazaxıstan Xəzərin şimalının bölüşdürülməsi haqqında protokolda dəyişiklik edib Xəzərin 64 faizlik şimal hövzəsini Azərbaycan, Qazaxıstan və Rusiya 3 hissəyə bölüblər
Region
29 İyun , 2016 11:40
​Qazaxıstan Xəzərin şimalının bölüşdürülməsi haqqında protokolda dəyişiklik edib

Bakı. 29 iyun. REPORT.AZ/ Qazaxıstan parlamenti Yuxarı Palatasının (Senatın) deputatları Xəzərin şimal hissəsinin dibinin bölüşdürülməsi haqda Rusiya ilə imzalanan protokola dəyişiklikləri təsdiqləyib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, həmin protokol Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev arasında imzalanıb. 

Sənəd 1998-ci il iyulun 6-da yeraltı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin şimal hissəsinin dərinliyinin bölüşdürülməsi haqqında iki ölkə arasında imzalanan sazişdə dəyişikliklərin edilməsini nəzərdə tutur. 

Həmin sənədə əsasən, 25 il müddətinə "Mərkəzi" strukturda mərhələ-mərhələ geoloji araşdırma işləri aparılacaq.

Bu struktur Xəzərin Rusiya ilə Qazaxıstan sərhədində yerləşir.

2008-ci ildə orada 169,1 milyon tonluq şərti yanacaq ehtiyatı yatağı aşkar edilib.

Qeyd edək ki, Xəzərin 64 faizlik şimal hövzəsini 13 il əvvəl Azərbaycan, Qazaxıstan və Rusiya 3 hissəyə bölüb. Azərbaycana 18 faiz, Rusiyaya 19 faiz, Qazaxıstan isə 27 faiz pay düşüb. İranla bu məsələ ilə bağlı münasibətlər hələ də 1921 və 1940-cı illərin müqavilələrinə əsaslanır.

Son xəbərlər

Orphus sistemi