Qazaxıstan prezidenti Putinlə görüşmək üçün Moskvaya gedib

Qazaxıstan prezidenti Putinlə görüşmək üçün Moskvaya gedib Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfəri başlayıb.
Region
27 Noyabr , 2022 22:17
Qazaxıstan prezidenti Putinlə görüşmək üçün Moskvaya gedib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfəri başlayıb.

Bu barədə “Report” Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sabah Moskvada dövlət başçıları arasında danışıqlar baş tutacaq”, - mətbuat xidməti bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl məlumat vermişdi ki, iki dövlət liderləri Moskvadan videokonfrans vasitəsilə Orenburqda keçiriləcək iki ölkə arasında regionlararası əməkdaşlıq forumunun iştirakçılarına müraciət edəcəklər.

İki dövlətin liderləri mətbuata birgə bəyanatla çıxış edəcək, danışıqlar aparacaq, bundan sonra işçi səhər yeməyi formatında ünsiyyəti davam etdirəcəklər. Sonda iki dövlət arasında sənədlər imzalanacaq.

Qeyd edək ki, Tokayev yenidən prezident seçildikdən sonra ölkə hakimiyyətinin milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasəti davam etdirəcəyini bəyan edib və o, Rusiya və Çinlə əməkdaşlığı respublika üçün prioritet adlandırıb.

Son xəbərlər

Orphus sistemi