Qazaxıstan Prezidenti partiyasının növbədənkənar qurultayını çağırıb

Qazaxıstan Prezidenti partiyasının növbədənkənar qurultayını çağırıb Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sədri olduğu hakim Nur Otan Partiyasının növbədənkənar qurultayını çağırıb
Region
18 fevral 2022 05:42
Qazaxıstan Prezidenti partiyasının növbədənkənar qurultayını çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sədri olduğu hakim Nur Otan Partiyasının növbədənkənar qurultayını çağırıb.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Asxat Oralov bildirib.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayev martın 1-də Nur Otan Partiyasının XXII növbədənkənar qurultayını çağırmaq haqqında qərar qəbul edib. Qurultayda ölkənin bütün bölgələrindən nümayəndələr iştirak edəcək. Tadbirdə partiyasının gələcək fəaliyyətinin modernləşdirilməsi üzrə prioritetlər müzakirə olunacaq.

Məlumata görə, Kasım-Jomart Tokayevin martın ortalarında xalqa müraciət edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi