Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinə rəsmi səfərə gəlib.
“Report” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Pekin hava limanında Qazaxıstan Prezidentini Çinin sənaye və informasiya naziri Tsin Çjuanlub və digər rəsmi şəxslər qarşılayıblar.
İkigünlük rəsmi səfər çərçivəsində o, Pekində Çin lideri Si Cinpinlə görüşəcək, həmçinin “Bir kəmər, bir yol” III Yüksək Səviyyəli Forumda iştirak edəcək.
Bundan başqa, Tokayev Pekin Dil və Mədəniyyət Universitetinin ərazisində Əbu Nəsr Əl-Farabinin büstünün açılış mərasimində iştirak edəcək. Səfər proqramına Çinin ən böyük şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər də daxildir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 17-18-də Çində rəsmi səfərdə olacaq.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
O, Pekində Çin lideri Si Cinpinlə görüşəcək, həmçinin “Bir kəmər, bir yol” III Yüksək Səviyyəli Forumda iştirak edəcək.
Qazaxıstan liderinin Çin şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşləri nəzərdə tutulub.