Qazaxıstan MN: “Müharibə şəraitinə uyğun döyüş bölmələri yaradılır”

Qazaxıstan MN: “Müharibə şəraitinə uyğun döyüş bölmələri yaradılır” Paytaxt Nur-Sultanda Qazaxıstan müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovun sədrliyi ilə Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
Region
19 May , 2022 13:22
Qazaxıstan MN: “Müharibə şəraitinə uyğun döyüş bölmələri yaradılır”

Paytaxt Nur-Sultanda Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun sədrliyi ilə Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə hərbi qurum məlumat yayıb.

“Dövlət başçısı Silahlı Qüvvələrin yenidən formalaşdırılması, onların döyüş hazırlığının və texnikasının artırılması ilə bağlı tapşırıqlar verib. Beləliklə, həm müharibə şəraitində, həm də böhranlı vəziyyətlərdə fəaliyyət göstərə bilən döyüş hissələri formalaşdırılır”, - R.Jaksılıkov bildirib.

Həmçinin iclasda Qazaxıstan Silahlı Qüvvələrində hərbi intizam və asayişin təmin edilməsi, hərbi infrastrukturun inkişafı məsələlərinə də baxılıb.

Son xəbərlər

Orphus sistemi