Qazaxıstan HDQ-nin baş komandanı: "Xəzər dənizinin statusunun həll olunmaması fikir ayrılıqları və münaqişələr üçün zəmin yaradır"

Qazaxıstan HDQ-nin baş komandanı: "Xəzər dənizinin statusunun həll olunmaması fikir ayrılıqları və münaqişələr üçün zəmin yaradır" "Xəzər dənizi hövzəsindəki yerləşmə strateji əhəmiyyət kəsb edir"
Region
3 Oktyabr , 2017 16:13
Qazaxıstan HDQ-nin baş komandanı: Xəzər dənizinin statusunun həll olunmaması fikir ayrılıqları və münaqişələr üçün zəmin yaradır

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusunun həlli məsələsi fikir ayrılıqları və münaqişələr üçün zəmin yaradır".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Jandarbek Janzakov Qazaxıstan Parlamentinin Beynəlxalq əlaqələr, Müdafiə və təhlükəsizlik komitəsinin Mangistau vilayətində keçirilən iclasında deyib.

"Xəzər dənizi unikal qitədaxili su hövzəsi olduğundan nə dəniz hüququnun təşkili üzrə Konvensiya, nə də su bölgüsü üzrə beynəlxalq təcrübə ona şamil edilmir. Buna görə də Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə danışıqlar davam etdirilir", - J.Janzakov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi hövzəsindəki yerləşmə strateji əhəmiyyət kəsb edir: "Terrorizmin aktivləşməsi təhlükəsi, dəniz limanlarında, neft-qaz obyektlərində diversiya həyata keçirilməsinin potensial mümkünlüyü HDQ-nin gücləndirilməsini zəruri edir".

Son xəbərlər

Orphus sistemi