Qazaxıstan hava məkanını ABŞ üçün açıq elan edib

Qazaxıstan hava məkanını ABŞ üçün açıq elan edib Qazaxıstan və ABŞ açıq səma prinsipləri əsasında hava əlaqəsi barədə müqavilə imzalayıb.
Region
157
6 Yanvar , 2020 12:19
Qazaxıstan hava məkanını ABŞ üçün açıq elan edib

Qazaxıstan və ABŞ "açıq səma" prinsipləri əsasında hava əlaqəsi barədə müqavilə imzalayıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Müqaviləyə əsasən, tərəflər daşıyıcıların sayına, təyinat nöqtələrinə və tezliklərə məhdudiyyət qoyulmadan, o cümlədən hava azadlığının beşinci dərəcəsi ilə uçuşlar həyata keçirə bilər.

Sazişin Qazaxıstan üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatının daha da liberallaşdırılması üçün verdiyi tövsiyələrə uyğun olaraq "açıq səma" prinsiplərini təmin edən ilk belə sənəd olduğu vurğulanıb.

Məlumata görə, saziş Qazaxıstan və ABŞ arasında birbaşa planlaşdırılan uçuşlar üçün hüquqi baza yaradacaq və strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək.

Son xəbərlər

Orphus sistemi