​Qazaxıstan əhalisinin sayı açıqlanıb

​Qazaxıstan əhalisinin sayı açıqlanıb 2014-cü ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 254,6 min nəfər, yaxud 1,7 faiz artıb
Region
14 Sentyabr , 2015 16:31
​Qazaxıstan əhalisinin sayı açıqlanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu il avqustun 1-də Qazaxıstan əhalisinin sayı 17 milyon 563 nəfər olub.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2014-cü ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 254,6 min nəfər, yaxud 1,7 faiz artıb.

Şəhər əhalisinin sayı 9 milyon 983,2 min (56,8 faiz), kənd əhalisinin sayı isə 7 milyon 580,1 min (43,2 faiz) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi