Qazaxıstan DİN: Aktobedə terror törədənlər Suriyadan təlimat alıb

Qazaxıstan DİN: Aktobedə terror törədənlər Suriyadan təlimat alıb Terror aktı nəticəsində 8 nəfər həlak olub
Region
14 İyun , 2016 11:05
Qazaxıstan DİN: Aktobedə terror törədənlər Suriyadan təlimat alıb

Bakı. 14 iyun. REPORT.AZ/ Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov bildirib. 

Nazirin sözlərinə görə, iyunun 5-də Aktobedə baş verən terror aktı nəticəsində 8 nəfər həlak olub.

"7 hərbçi və 12 polis əməkdaşı yaralanıb", - K.Kasımov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi