Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi ölkənin 11 şəhərində hava limanlarında açıq səma rejimi tətbiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, rejim noyabrın 1-dən tətbiq olunur.
Nazirliyin məlumatına görə, açıq səma rejimi Nur-Sultan, Almatı, Şımkənd, Aktau, Karaqanda, Ust-Kamenoqorsk, Pavlodar, Kokşetau, Taraz, Petropavlovsk, Semey şəhərlərinin hava limanlarında tətbiq ediləcək.
Qeyd olunur ki, rejim rejim uçuşların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Qazaxıstan aviadaşıyıcılarının uçuş etmədikləri ərazilərdə xarici hava yollarına beşinci dərəcəli “hava azadlığı” verilməsini nəzərdə tutur.