Qatı duman səbəbindən Çavuşoğlu Tbilisiyə gedə bilməyib

Qatı duman səbəbindən Çavuşoğlu Tbilisiyə gedə bilməyib ​Tbilisi beynəlxalq hava limanı 10-dək reysi qəbul edə bilməyib
Region
17 Fevral , 2016 10:35
Qatı duman səbəbindən Çavuşoğlu Tbilisiyə gedə bilməyib

Bakı. 16 fevral. REPORT.AZ/ Qatı dumana görə Tbilisinin beynəlxalq hava limanı 10-dək aviareysi qəbul edə bilməyib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təxirə salınan reyslər arasında İstanbul reysi də var.

Məlumata görə, həmin reyslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana uçmalı imiş.

Hava limanı administrasiyasından bildirilib ki, vəziyyətlə əlaqədar bir sıra hallarda Azərbaycan və Ermənistan hava şirkətlərinin yardımından da istifadə edilib.

Qeyd edək ki, Tbilisidə duman yavaş-yavaş çəkilməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi