Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 60 faiz səs toplaya bilər.
“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Seçkilər bu gün olsaydı, “Gürcü arzusu” azı 60 faiz səs toplayardı. Biz seçkilərdən narahat deyilik, lakin əmin-amanlığın, sabitliyin və sürətli iqtisadi inkişafın davam etdirilməsi üçün ölkəmizə və xalqımıza lazım olan maksimum nəticəni əldə etməyə hazırlaşırıq”, - o qeyd edib.
Onun sözlərinə görə, bu gün müxalifətin qalib gəlmək şansı yoxdur: “Gürcüstan xalqı çox gözəl görür, kimin keçmişi olduğunu bilir. Onlar çox gözəl bilirlər ki, bu gün ölkədə üçüncü qüvvə yoxdur”.
Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçiriləcək. Partiyaların qeydiyyatı artıq başlayıb və bu proses sentyabrın əvvəlində başa çatacaq.