Qaribaşvili: “Ərazi bütövlüyünü dinc yolla bərpa etməyi planlaşdırırıq”

Qaribaşvili: “Ərazi bütövlüyünü dinc yolla bərpa etməyi planlaşdırırıq” Gürcüstan hakimiyyəti dinc, ağıllı siyasət yürütməklə ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır.
Region
8 Avqust , 2022 12:37
Qaribaşvili: “Ərazi bütövlüyünü dinc yolla bərpa etməyi planlaşdırırıq”
İrakli Qaribaşvili

"Gürcüstan hakimiyyəti dinc, ağıllı siyasət yürütməklə ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Osetiyada hərbi əməliyyatların başlamasının 14-cü ildönümü münasibətilə bildirib.

“Biz ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəni birləşdirməklə dinc, ağıllı siyasət yolu tutacağıq. Biz məqsədimizə - Gürcüstanın birləşdirilməsinə nail olacağımıza inanırıq!”, - o feybukda yazıb.

Son xəbərlər

Orphus sistemi